Dünyada ilk yaşandı, Afrikada mart ayında +45,5° isti qeydə alındı

Dünyada ilk yaşandı, Afrikada mart ayında +45,5° isti qeydə alındı
Siyasət 121

Afrikada bir gündə bütün qitə boyu temperatur rekordları qeydə alınıb.

BAKU.WS Unian-a istinadən xəbər verir ki, belə hadisə dünyada əvvəllər heç vaxt görünməyib.

Məlumata görə, fövqəladə isti hava dalğası martın 11-də Afrikada çoxsaylı temperatur rekordlarının qeydə alınması ilə nəticələnib. Kamerundan tutmuş Mavrikiyə qədər olan ölkələr mart ayında görünməmiş istilərlə üzləşib:

"Şimaldan cənuba və qərbdən şərqə demək olar ki, hər ölkədə rekordlar qırılıb. İqlim tarixində dünyanın heç bir yerində belə bir şey olmayıb", - klimatoloq və meteoroloji tarixçi Maksimiliano Herrera bildirib.

Onun sözlərinə görə, bu, iqlim tarixinin ən qeyri-adi hadisəsidir:

"Bu gün baş verənlər nəsillərin yaddaşında qalacaq. Dünya iqlim tarixində heç bir hadisə belə buna yaxın deyil", - alim bildirib.

Kamerunda +45,5 °C temperatur qeydə alınıb - bu, mart ayının ən isti günü üçün yeni ölkə rekordudur. Qanada temperatur +43,8 °C-ə çatıb ki, bu da mart ayı üçün milli rekorda çevrilib.

Nigerdə ​​demək olar ki, bütün monitorinq stansiyalarında aylıq rekordlar qırılıb: temperatur +45 °C-ə yüksəlib.

Burkina Faso da ölkə daxilində aylıq ən yüksək göstəriciləri qeyd edib.

Mali tarixində ən isti gününü qeyd edib, Komor adaları isə +36.1°C temperaturla rekord dərəcədə ən isti gününü keçirib.

Herrera, Cənubi Afrika, Namibiya və Botsvanada da yüzlərlə rekordun qırıldığını söyləyib.

Son xəbərlər