22 yaşlı sosial media fenomeni motosiklet qəzasında öldü
Türkiyəli sosial media fenomeni 22 yaşlı Ceyda Yakova ağır yol qəzasında ölüb.
BAKU.WS xəbər verir ki, o motosiklet idarə edərkən qəzaya düşüb. Hadisə Şile şossesində yaşanıb.
O idarəetməsini itirərək yıxılıb və yol nişanına çırpılıb.
Qəzada ağır yaralanan fenomen dərhal xəstəxanaya çatdırılıb.
Sancaktepe Şəhid Prof. Dr. İlhan Varank Təlim və Araşdırma Xəstəxanasına yerləşdirilən Yakovanı müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Ceyda bu hadisədən bir neçə ay əvvəl də qəzaya düşmüşdü. O tələbə idi. Özəl universitetlərdən birində "Psixologiya ixtisası" üzrə Ali təhsil alırdı.
Oxşar xəbərlər
Gecə saatlarında Moskva bölgəsinə təxminən 250 dron uçub
Gecə saatlarında Moskva bölgəsinə təxminən 250 dron uçub. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib. O qeyd edib...