SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskvada “Luçi” yaşayış kompleksində inşaatçılar və mühafizəçilər arasında kütləvi dava olub.

BAKU.WS xəbər verir ki, bu barədə görüntüləri “Baza” teleqram kanalı yayıb.

Bildirilib ki, Moskvada tikinti işçiləri ilə mühafizəçilər arasında kütləvi dava düşüb.

Yaxınlıqdakı evdən çəkilmiş görüntülərdə gödəkçə geyinən bir qrup adam görünür. Videoya görə, davada 20-dən çox adam iştirak edib, onların bəzilərinin əlində dəyənək olub. Görüntülərdə qışqırıq səsləri eşidilir və 4-5 nəfərdən ibarət qrup uzanmış kişini döyür.

Qeyd edilib li, iki zərərçəkən xəstəxanaya yerləşdirilib. “Mash” teleqram kanalı davada işçi miqrantların iştirak etdiyini iddia edir.

Münaqişənin səbəbi bir qrupun nümayəndəsinin digər qrupdan olan şəxsi hədələməsi olub. Davadan əvvəl “Taciklər, gedək!” çağırışları eşidilib, bu da videoya çəkilib.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO