SİZİN REKLAM BURADA!
055 213 76 73


Alimlər dırnaq boyda balığın drel qədər güclü səs çıxardığını aşkar ediblər.

BAKU.WS "BBC"yə istinadən xəbər verir ki, bu qeyri-adi hadisə Almaniyada baş verib.

Bu böyük akvariumlardan birində "Danionella cerebrum" adlı balıq üzərində aparılan araşdırmalar zamanı məlum olub.

12 mm uzunluğu olan balıq bu səsi üzmə kisəsi adlanan orqanından çıxarır.

Onun çıxardığı səsin ölçüsü 140 desibel qeydə alınıb.

Alimlər bu balığın ölçülərinə görə çıxardığı səsin həddən artıq çox olduğunu vurğulyıblar. Onlar bu səsin sosial əlaqə üçün olduğunu təxmin ediblər. 

BAKU.WS