Reanimasiyada olan Turabi Çamkıranın son vəziyyəti AÇIQLANDI - FOTO

Reanimasiyada olan Turabi Çamkıranın son vəziyyəti AÇIQLANDI - FOTO
Siyasət 1289

"Survivor All Star 2024"ün ən çox müzakirə edilən iştirkılarından olan Turabi Çamkıranın son vəziyyəti açıqlanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor hazırda reanimasiyadan çıxarılaraq palataya köçürülüb. Turabi özünü yaxşı hiss etdiyini lakin müalicələrinin davam etdiyini vurğulayıb.

Aktyor yenidən "Survivor"a qayıdacağı ilə bağlı yayılan iddiaları yalanlayıb:

"Turabi "Survivor"a geri qayıdır kimi fikirlər səsləndiriblər. Allahın icazəsi ilə qayıdacam amma həyata... Adaya deyil... Haqqımda belə şayiələr yaymağı artıq buraxın! Müalicələrim isə davam edir".

Xatırladaq ki, aktyor səhhətində yaşadığı problemlərə görə "Survivor All Star 2024"ü tərk etməli olub. Sonuncu dəfə isə onun ayağı sınıb.

Son xəbərlər