SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin Nyu-Cersi ştatındakı Nevark Liberty Beynəlxalq Hava Limanından Los-Ancelesə getmək üçün havaya qalxan “United Airlines”a məxsus təyyarədə bomba qorxusu yaşanıb.

BAKU.WS xəbər verir ki, polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində təyyarənin partlayacağına dair qeyd tapılıb.

Daha sonra 202 sərnişini daşıyan təyyarə Çikaqonun “O'Hare” hava limanına təcili eniş üçün istiqamətləndirilib.

Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib və saatlarla polis itləri ilə təyyarədə axtarış etsələr də, heç nə tapa bilməyiblər.

Daha sonra FTB-nin Çikaqo ofisindən verilən açıqlamada, "Hazırda ictimai təhlükəsizliyə və ya obyektə qarşı qaçılmaz təhlükənin əlaməti olmadığı" qeyd olunub.

Bomba təhlükəsinin əsassız olduğu üzə çıxdıqdan sonra təyyarə Çikaqodan yenidən Los Anceles Beynəlxalq Hava Limanına doğru yola düşüb.

BAKU.WS