Uçuş zamanı təyyarənin qapısı açıldı: 9 sərnişin... - VİDEO
Cənubi Koreyada Daequ Beynəlxalq Hava Limanına eniş etmək üçün hazırlaşan "Asiana Airlines" aviaşirkətinə məxsus təyyarənin qapısı açılıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Ceju adasından havaya qalxan təyyarənin eniş zamanı naməlum səbəbdən qapısı açılıb.
194 sərnişinin olduğu təyyarə hava limanına təhlükəsiz eniş edib.
Ciddi xəsarət alan olmasa da, 9 nəfər nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
"Asiana" Hava Yolları rəsmilərinin açıqlamasında, çıxışa yaxın oturan sərnişinlərdən birinin qapının dəstəyinə toxunması səbəbindən təyyarənin qapısının açılmış ola biləcəyi bildirilib.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...