SİZİN REKLAM BURADA!
055 213 76 73


Müasir dövrdə bir çox qadın xəyalındakı gözəlliyə qovuşmaq üçün plastik əməliyyatlar etdrir. Lakin xoşbəxtliyə gedən yolun plastik əməliyyatlardan keçmədiyini deyən qadınlar da az deyil. Belələri arasında dünyaca məşhur ulduzlar da var. 

BAKU.WS xarici KİV-ə istinadən plastik əməliyyatlara qarşı çıxan dünya məşhurları təqdim edir:

Codi Foster

Codi Foster açıqlamalarından birində plastik əməliyyat barədə "Mənə görə deyil. Başqalarının estetik əməliyyat etdirməsinə qarşı deyiləm" sözlərini söyləyib.

Culiya Roberts

Aktrisa "Uşaqlarım onlara qəzəblənəndə yaxud da xoşbəxt olanda bunu hiss etsinlər istəyirəm" deyərək plastik əməliyyatlardan imtina edib.

Ancelina Coli

Coli verdiyi müsahibələrindən birində heç bir estetik əməliyyat etdirmədiyini və bunu etməyi də planlaşdırmadığını bildirib.

Keyt Uinslet

Oskar mükafatlı aktrisa plastik əməliyyatlar haqqında "Əxlaqi dəyərlərimə və təbii gözəlliyimə tamamilə ziddir" sözlərini söyləyib.

Pink

Məşhur müğənni Pink plastik əməliyyatlarla bağlı sosial şəbəkədə bunları yazıb:

"Sevgili mən. Artıq yaşlanırsan. Güləndə üzündə qırışlar yaranır. Burnun daha da böyüyür. Buna öyrəşməyə başladıqca özünü qəribə hiss edirsən.  Bəzən üzünü dəyişdirmək istəyirsən. İnsanların yaşananlara reaksiya verməyini gözləyirsən. Amma botoksdan mimikləri tərpənmir. Mən buna dözə bilmirəm".

Culiyana Mur

Məşhur aktrisa "Plastik əməliyyat etdirənləri qınamıram. Amma bu prosedurların insanları daha da gözəl göstərdiyi fikrinə inana bilmirəm" sözlərini söyləyib.

Helli Berri

Aktrisa açıqlamalarından birində "Yaşlanmaq təbii prosesdir. Bu hamımızın başına gələcək. Sadəcə özüm kimi görünmək istəyirəm. Bu mənim daha yaşlı halım olsa belə..." - deyə bildirib.

Meril Strip

Oskarlı aktrisa, plastik əməliyyat etdirənlərin üzünə bir pərdə endiyini və onların xarici görünüşlərinin pozulduğunu deyib.

Kameron Dias 

Dryu Berrimor

Ceymi Li Kyortis

Qvinet Peltrou

Reyçel Vays

Cennifer Qarner

Nayomi Uotts

BAKU.WS