SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Ancelina Coli böyük övladı Maddoxla görüntülənib. 

BAKU.WS xəbər verir ki, Ağ Evə dəvət olunan aktrisa ABŞ prezidenti Co Baydenlə həyat yoldaşının təşkil etdiyi ziyafətdə iştirak edib.

Coli tədbirə illər əvvəl onun üçün tikilən "Chanel" imzalı libası ilə qatılıb. Ziyafət zamanı Cənubi Koreya lideri Yoon Suk Yeol və həyat yoldaşı da fəxri qonaqlar arasında yer alıblar. 

Colinin yaxınlarından biri ziyafət barədə "People" jurnalına danışıb. O, Asiya və Amerika münasibətlərinin Ancelina üçün böyük əhəmiyyətə malik olduğunu deyib:

"Ancelina və uşaqları Cənubi Koreyaya bağlıdırlar. Maddox, Seulda Yonsei Üniversitetində təhsil alır. Ancelina son 20 ildir Cənubi Koreyaya səfərlər edərək oradakı kasıb ailələrə yardım edir. Coli ilə Maddox üçün bu ziyafətə qatılmaq böyük şərəfdir".

BAKU.WS
QALEREYA