SİZİN REKLAM BURADA!
055 213 76 73


Səlcuq sultanlarının türbəsində torbalara yığılan sümüklər toplanaraq onlar üzərində DNT analizləri aparılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, burada əsas məqsəd sultanların zamanında yaşadığı xəstəliklərini, müharibələrdə aldığı yaraları və nədən zəhərləndikərini öyrənmək idi.

Analizlər nəticəsində, I Mesut və II Qılınc Arslan Sultanın ankilozan spondilit (onurğa revmatizması) xəstəliyi olduğu ortaya çıxıb. Sultan Alaaddin Keykubatın kəllə sümüyündəki rəng dəyişikliyi onun metaldan zəhərləndiyini sübut edib. Müharibədə ölən I Alaaddin Keyhüsrevin kəllə və digər sümüklərində qılınc yaraları aşkar edilib.

2017-2023-cü illərdə "Türkiyə Səlcuq sülalələri türbəsi"ndə Konya Mədəniyyət və Turizm idarəsi tərəfindən həyata keçirilən nəşlərin tənzimlənməsi layihəsinin nəticələri açıqlanıb.

13 sultanın nəşinin olduğu türbədə qarışıq sümüklərin hansı sultana aid olduğu aşkara çıxarılıb.

Nəticələrdən sonra I Qılınc Arslan, Məlikşah, I Rüknəddin Mesud, II Qılınc Arslan, II Rüknəddin Süleyman Şah, III Qılınc Arslan, I Qiyaseddin Keyhüsrev, I Alaeddin Keykubat, II Qiyaseddin Keyhüsrev, IV Qılınc Arslan, III Qiyaseddin Keyhüsrev və II Qiyaseddin Mesudun üzü və bədənləri real silikon heykəllərə çevrilib.

Heykəllər Darü’l-Mülk sərgi sarayında ziyartçilərə təqdim edilib.

Konya Mədəniyyət və Turizm idarəsinin müdiri Abdüssettar Yarar bildirib ki, 7 il boyunca 6 mərhələdə bu analizlər aparılıb.

"Sultanlar Məzarlığındakı sandıqları açanda gördüklərimiz bizi bu günə qədər davam edən işləri görməyə məcbur etdi. Qəbiristanlıqda 8 sandığı açanda, yalnız ikisində rast gəlinən skeletlər, kəllələr və cəsəd qalıqları tapıldı. Elmi məlumatların işlənməsi ilə Səlcuqlu sülaləsinin silikon heykəlləri yaradıldış7 il boyunca 6 mərhələdə b u analizlər aparılıb".

Analizləri aparan Necmettin Ərbakan universitetinin professoru Şerafettin Demirçi DNT analizlərinin hansı sulatnlara aid olduğunu açıqlayıb:

"Qarşımıza çox asan tanıya biləcəyimiz 7 meyit çıxdı. Bunlardan biri I Mesuta, II Kılıçarslan Sultana aiddir. Onlara ankilozan spondilit (onurğa revmatiması) diaqnozu qoyuldu. Bu Ankilozan spondilit xəstəliyinin bizə ata-babalarımızdan miras qaldığını bildirir.

Əgər statistikaya baxsaq, Konya və Karaman bölgəsində bu xöəstəlikdə əziyyət çəkənlər daha çoxdur. Alaaddin Keykubatın kəllə sümüyündəki rəng dəyişikliyi metal zəhərlənməsi olduğunu göstərir. Həmin dövrdə tez-tez istifadə edilən civə, kobalt kimi maddələri ona az-az verilərək onu zəhərləyiblər.

I Alaaddin Keyhüsrev Alaşehir Meydan müharibəsində şəhid olub. Onun kəllə sümüyündə və sümüklərində qılınc zərbələri var. I Alaaddin Keyhüsrevin vəhşi heyvan hücumundan öldüyü bildirilsə də onun kəlləsindəki qılınc izləri bunun əksini deyir". 

BAKU.WS
QALEREYA