SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə film kimi hadisə yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı Kalbiye Sağlam adlı qadın illərdir evində təmizlikçi kimi çalışdığı məşhur iş adamı Niyazi Üzmezin qızı olduğunu öyrənib.

Beləliklə yaşlı qadın 1 milyon dollarlıq mirasın ortağı olub.

Məlumata görə, Manisalı iş adamı Niyazi Üzmez 71 il sonra anası ilə birlikdə evində təmizlik işçisi işləyən qızı Kalbiye Sağlamın atası olduğunu etiraf edib. Həyatının şokunu yaşayan Sağlamın Üzmezin qızı olduğu DNT testi ilə təsdiqlənib.

1950-ci illərdə o zaman 21 yaşı olan Ümit Etyüzen cəmi 16 yaşında olan Niyazi Üzmezdən hamilə qalıb. Ümit Etyüzen tez-tələsik kərpic fabrikində bələdçi işləyən Enver Zorlukaya ilə evləndirilib. İddiaya görə, Zorlukaya körpəni əvvəlcə istəməyib. Körpə dünyaya gələndə Zorlukaya körpəni dərənin kənarında qoyub. Lakin sonradan peşman olan Zorlukaya körpəni dərənin kənarından götürüb və Ümit Etyüzenlə böyütməyə başlayıb. Ümit Etyüzen qızına Kalbiyye adını verib və Zorlukayanın qeydiyyatına keçirib.

Fabrikə atası Həsən Üzmez ilə birlikdə rəhbərlik edən Niyazi Üzmez “Bu həqiqəti heç kimə demə” deyərək and içdiyi Ümit Etyüzenə fabriklərində iş verib. Ümit Etyüzen və həyat yoldaşı Enver Zorlukaya eyni fabrikdə işləyirmiş. Ümit və Enver cütlüyü fabrikin gözətçi evində qalıblar.

Kalbiye Sağlam illərlə Niyazi Üzmezin Turqutludakı evində, dükanında və Çeşmədəki bağ evində çalışıb. Bu arada Kalbiyenin anası Ümit Etyüzen 1996-cı ildə 66 yaşında vəfat edib. Sağlam isə bir dəfə evli olub və Manisaya köçüb. Sağlam 28 yaşında ikən evləndiyi kişi dünyasını dəyişib və o, tanıdığı və “əmi” dediyi uzaq qohumu sandığı Niyazi Üzmezin yanına qayıdıb.

Həyat yoldaşı İnci Üzmezdən 3 övladı olan Niyazi Üzmez ötən ilin mayında Turqutluda bir restoranda nahar edərkən illərdir “bu uşaq sənə nə qədər oxşayır” deyənlərə həqiqəti etiraf edib. Kalbiyyə Sağlam “əmi” dediyi Niyazi Üzmezin əsl atası olduğunu öyrənincə şoka düşüb. Bundan sonra o, özəl laboratoriyada DNT testi etdirib.

Kalbiye Sağlam vəkil Varol Turbay vasitəsilə Turqutlu Ailə Məhkəməsində atalıq iddiası qaldırıb. Atalıq işi davam edərkən iş adamı Niyazi Üzmez fevralın 20-də 88 yaşında dünyasını dəyişib. Ata Niyazi Üzmezin cəsədi meyitxanada olarkən omdam nümunələr götürülüb. Ana Ümit Etyüzenin də məzarı açılıb və DNT analizi üçün nümunələr götürülüb. Məhkəmənin İzmir Ədli Tibb Qurumunda apardığı DNT testi ilə onun Niyazi Üzmezin bioloji atası olduğu 99,9 faiz dəqiqləşib. Hesabat Turqutlu Ailə Məhkəməsinə göndərilib. Kalbiye Sağlam da DNT testi ilə bioloji atasından miras qalan iki kərpic fabriki və 30 daşınmaz əmlak da daxil olmaqla təxminən 1 milyard lirəlik sərvətə ortaq olub.

BAKU.WS
QALEREYA