SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Aslı Enver ana olub. 

BAKU.WS xəbər verir ki, aktrisanın ilk övladı dünyaya gəlib. İş adamı Berkin Gökbudaqla evli olan Aslı qızına Elay adını verib.

Cütlüyün körpəsi İstanbuldakı özəl xəstəxanalardan birində doğulub. Aktrisa ilə körpəsinin səhhətinin yaxşı olduğu bildirilir. 

Xatırladaq ki, Aslı ilə Berkin ötən ilin noyabrında nikah masasına əyləşiblər. Nikahdan sonra aktrisa hamilə olduğunu bildirib.  

Aslı Enver bu günə qədər "Hayat Bilgisi", "Kavak Yelleri", "Suskunlar" və "İstanbullu Gelin" reytinqli layihələrdə rol alıb.

BAKU.WS