SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir zamanlar Türkiyənin reytinqli layihərindən olan "Hayat bilgisi" serialının aktyorlarının 20 il əvvəlki fotoları yayılıb. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüntülərdə sevilərək izlənilən ekran işinin aktyorlarının keçmiş və indiki fotoları müqayisə edilib. 

Komediya janrlı "Hayat bilgisi" ilk dəfə 2003-cü ildə ekranlara gəlib. 

Perran Kutman, İpek Erdem, Gökçe Bahadır, Hayfa Safi Tulun, Çisil Oral, Yeliz Doğramacılar, Altan Gördüm, Yıldız Asyalı, Serhan Arslan, Tarık Papuççuoğlu, Kerem Kupacı kimi aktyorların rol aldığı ekran işi 137 bölümdən ibarətdir. 

Serialın rejissorluğunu Tarkan Karlıdağ edib. Ekran işində ana və atasını avtomobil qəzasında itirən Afət müəllimin kiçk qardaşı Kərəmlə yaşadığı həyat hekayəsindən bəhs edilir.

BAKU.WS
QALEREYA