SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli seriallarından olan "Yaprak dökümü"nün aktyorlarının arxiv fotoları yayılıb. 

BAKU.WS xəbər verir ki, şəkillərdə 2006-cı ildə çəkilən ekran işinin əsas və digər rol ifaçıları yer alıblar.

Onlar arasında Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar, Deniz Çakır, Gökçe Bahadır, Caner Kurtaran, Fahriye Evcen, Şebnem Ceceli kimi aktyorlar var.

Aktyorların hazırkı görüntüləri ilə 17 il əvvəlki görüntülərinin müqayisəsi aparılıb. 

Fotoları "tvgundemi" adlı maqazin səhifəsi yayıb. 

Xatırladaq ki, "Yaprak dökümü" dram janrlı ekran işidir. Serial türkiyəli yazıçı və dramaturq Reşat Nuri Güntekinin eyniadlı kitabının motivləri əsasında ekrana köçürülüb.

2006-2010-cu illərdə lentə alınan ekran işi 174 bölümdən ibarətdir. Serialda rayondan şəhərə köçən bir ailənin hekayəsindən bəhs edilir. 

BAKU.WS
QALEREYA