SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Aslı Tandoğan illər əvvəl çəkildiyi "Dudaktan Kalbe" serialı ilə bağlı açıqlama verib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Aslı Şafak'la İşin Aslı" proqramına qonaq olan aktrisa ekran işində canlandırdığı Lamiyə obrazından danışıb.

Aslı bu rolu canlandırarkən mənəvi sarsıntı keçirib. 

O, ekran işi bitdikdən sonra psixoloji problemlər yaşadığını, təklif aldığı bütün layihələrdə sadəcə ağladığını deyib.

Xatırladaq ki, "Dudaktan Kalbe" türkiyəli yazıçı Reşat Nuri Güntekinin eyni adlı romanının motivləri əsasında lentə alınıb.

2007-2009-cu illərdə ekranlara gələn serialda Aslı Tandoğanla yanaşı Burak Hakkı, Özge Özder, Yiğit Özşener və Fadik Sevin Atasoy kimi aktyorlar da çəkiliblər.

Zöhrə Pənahi
BAKU.WS