SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə kanallarının birində yayımlanan məşhur serialda tanınmış aktrisa Demet Özdemirin canlandırdığı Zeynəb obrazı izləyicidə ciddi narahatlıq doğurub.

BAKU.WS xəbər verir ki, bu barədə “haberler.com” saytı məlumat yayıb.

Məlumata görə, “Doğduğun ev kaderindir” serialının tanıtım videolarında bülbül kimi cəh-cəh vuran Demet Özdemir serialda özünü doğrultmayıb.
Serialdakı Zeynəb obrazının danışığı izləyiciləri özündən çıxarıb.

Psixiatr Gülseren Budayıcıoğlunun “Camdaki Kız” kitabından götürülən həqiqi həyat hekayəsini anladan serialda Zeynəbin baş rol olmasına baxmayaraq, danışığı çox qısa olub.

İzləyicilər tərəfindən böyük maraqla izlənilən serialın bu detalı hətta “Twitter”də də müzakirə obyektinə çevrilib.

Xatırladaq ki, serialda yaşı 20-dən yuxarı göstərilən, uşaq ikən yaşadığı acıları unutmayan, axtardığı sevgini tapmayan və ailə qurmaqdan qorxan Zeynəb xarakterini canlandıran Demet Özdemirin səssiz, donuq qalması, sifətinin ağlağan vəziyyətdə olması izləyiciləri heç də razı salmayıb.

BAKU.WS
VİDEO