VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yasak Elma" serialının sevilən aktrisası Eda Ece ailə həyatı qurub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa 4 ildir sevgili olduğu türk milli basketbolçusu Buğrahan Tuncerlə evlənib.

Cütlüyün özəl günü İstanbulun dəbdəbəli məkanlarından birində baş tutub.

Toya bir çox məşhur cütlük axın edib. Onlar arasında Barış Arduçla Gupse Özay, Berk Oktayla Yıldız Çağrı Atiksoy da olublar.

Qeyd edək ki, Eda bir neçə gün əvvəl ticarət mərkəzlərində kameraya tuş gəlib. O, toyunun iyunun 21-də İstanbul boğazında yerləşən “Four Seasons Bosphorus” oteldə baş tutacağını açıqlayıb.

Eda Ece bu günə qədər "Pis Yedili", "Beni Böyle Sev", "Kızım İçin", "İlişki Durumu: Karışık", "Görümce" kimi reytinqli ekran işlərində yadda qalan obrazlar yaradıb.

Türkiyənin ən baxımlı seriallarından olan “Yargı”nın əsas rol aktyoru Kaan Urgancıoğlu da subaylığın daşını atıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, ani qərarla uzun müddətdir sevgili olduğu Burcu Denizerlə ailə qurub. Cütlüyün Yunanıstanda ailə üzvlərinin və yaxınlarının iştirakı ilə baş tutan kiçik məclisdə nigahları olub.

Onların özəl günündən lentə alınan fotolar sosial şəbəkələrdə yayılıb.

Kaanın anidən evlilik qərarı alması Burcu Denizerin hamilə olması iddialarının yayılmasına səbəb olub.

Xatırladaq ki, Kaan Urgancıoğlu “Leyla ile Mecnun”, “Filinta”, “Kara Sevda”, “Ayrılık”, “Bir ömür yetmez” kimi serial və filmlərdə rol alıb.

BAKU.WS
VİDEO

QALEREYA