İlk türk astronavtın kosmosa uçuşu niyə təxirə salındı? - Kosmik gəmi bu gecə buraxılacaq

İlk türk astronavtın kosmosa uçuşu niyə təxirə salındı? - Kosmik gəmi bu gecə buraxılacaq
Siyasət 1

Türkiyənin ilk insanlı kosmik missiyasının kosmosa çıxması bir gün təxirə salınıb.

BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, Alper Gezeravcının da olduğu komandanı daşıyacaq kosmik gəmi bu gecə saat 00.49-da kosmosa buraxılacaq.

Mövzu ilə bağlı NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzində mətbuat konfransı keçirilib.

Daha sonra müvafiq şirkət - “SpaceX” açıqlama verib. Şirkət yeni uçuş tarixini 19 yanvar olaraq hədəflədiklərini açıqlayıb.

"Bu əlavə vaxt komandalara uçuşdan əvvəl son yoxlamaları tamamlamağa və kosmik gəmidəki məlumatları təhlil etməyə imkan verəcək."

Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır da bütün texniki yoxlamalar tamamlandıqdan sonra uçuşun baş tutacağını bildirib:

"Texniki nəzarətin yaxın 24 saat ərzində başa çatdırılması planlaşdırılır. Ümid edirik ki, bütün texniki nəzarətlər müsbət nəticə verəcək və heç bir gecikmə olmadan buraxılış baş tutacaq. Bu, əslində bir missiyadır millətimiz çoxdandır ki, gözləyir. Biz deyirik ki, gec olsun, güc olsun”.

Qeyd edək ki, ilk türk astronavtı Alper Gezeravcı və onu müşayiət edən 3 nəfəri daşıyacaq raket Türkiyə vaxtı ilə 19 yanvar saat 00.49-da kosmos səyahətinə başlayacaq.

Son xəbərlər