SİZİN REKLAM BURADA!
055 213 76 73


Bruneydə Sultan Hassanal Bolkiahın oğlu 32 yaşlı şahzadə Abdul Matinin və onun 29 yaşlı həyat yoldaşı Anişa İsa Kalebiçin toy mərasimi baş tutub.

BAKU.WS xarici mediasına istinadən xəbər verir ki, şənlik 10 gün davam edəcək.

Sultanlıq sarayında baş tutan möhtəşəm toy mərasiminə dünyanın bir çox tanınmış simaları qatılıb. 25 milyon dollara başa gələn toy zamanı ölkədə həyat sözün əsl mənasında dayanıb.

İctimaiyyətin böyük marağına səbəb olan toy 1788 otağı, 257 hamamı, 200 polo atı üçün iqlimə nəzarət edilən tövlələri sultanın sarayında keçirilib.

Toy mərasimindən sonra gənc cütlük paytaxt Bandar Seri Beqavan küçələrində onları gözləyən minlərlə insanı kabrioletlə qarşılayıb.

Toyda Butan, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən olan kral üzvləri, eləcə də müxtəlif ölkələrin liderləri iştirak ediblər.

Şahzadə Abdul Matin Bruney soltanı Hacı Hassanal Bolkiahın onuncu övladı və dördüncü oğludur. O, Bruney Kral Hərbi Hava Qüvvələrinin mayorudur. Anişa İsa Kalebiç isə Sultanın məsləhətçilərindən birinin nəvəsidir.

BAKU.WS