SİZİN REKLAM BURADA!
055 213 76 73


1989-2001-ci illərdə  ekranlara gələn “Baywatch” serialının ulduzu aktrisa Nikol Eqqert xərçəngə tutulub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl aktrisada süd vəzi xərçəngi aşkarlanıb.

51 yaşlı Eqqert bundan sonra müalicələrə başlayıb. Üç ayda 11 kiloqram arıqlayan Nikol əvvəl sinəsində şiddətli ağrılar olduğunu hiss edib.

Həkimə gedən Eqqertin sinəsində şiş olduğu və onun süd vəzi xərçənginə tutulduğu məlum olub.

Onun 23 və 12 yaşında qızları var. Xərçəngin aktrisanın digər bədən üzvlərində yayılıb-yayılmadığı hələ ki bilinmir. O həyatının bu çətin dövründə pozitiv qalmağa çalışdığını bildirib. 

BAKU.WS
QALEREYA