Husilər fransız ticarət gəmisinə hücum etdilər

Husilər fransız ticarət gəmisinə hücum etdilər
Siyasət 138

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri (husilər) Fransanın CMA CGM şirkətinin “Tage” ticarət gəmisinə hücum ediblər.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariaya məlumat yayıb.

“Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM “Tage” gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib”, - Saria izah edib.

Onun sözlərinə görə, ekipaj Yəmən donanmasının xəbərdarlıqlarına cavab verməkdən imtina edib.O əlavə edib ki, husilər İsrailə gedən gəmilərə hücumları davam etdirəcəklər.

Son xəbərlər