21 yaşlı Aytacın ölümü ilə bağlı TƏFƏRRÜAT - Meyiti Kürdən təsadüfən tapılıb

21 yaşlı Aytacın ölümü ilə bağlı TƏFƏRRÜAT - Meyiti Kürdən təsadüfən tapılıb
Foto
Dünya 523

Ötən gün meyiti Kür çayından tapılan 21 yaşlı Aytac Məmmədova ilə maraqlı detallar məlum olub. Belə ki, 40 gündür axtarılan gənc qızın meyiti təsadüfən aşkarlanıb. Tbilisidə ötən gecə Kür çayından çıxarılan avtomobildə olan iki nəfərin meyiti və avtomobilin özü axtarış-xilasetmə əməliyyatı zamanı sudan çıxarılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Qəza dünən səhər saatlarında baş verib – minik avtomobili çaya aşıb. Maşında dörd nəfər olub. Hadisə şahidlərinin sözlərinə görə, onlardan ikisi avtomobildən çıxmağı bacarıb. Sərnişinlərdən biri qəzadan dərhal sonra xilas edilib. Daha bir nəfərin axtarışları isə hələ də davam edir.

Avtomobil yalnız çay yatağındakı suyun süni şəkildə azaldılmasından sonra aşkar edilib. Bu zaman Kürdən daha bir meyit aşkarlanıb. Məlum olub ki, meyit 1 aprel tarixində Tbilisinin Müstəqillik Körpüsü ərazisindən itkin düşən 21 yaşlı Aytac Məmmədovaya məxsusdur. Qızın şəxsiyyəti ailə üzvləri tərəfindən müəyyən olunub.

Oxşar xəbərlər

Tramp Putinlə görüşün uğurlu olma ehtimalını qiymətləndirib

Tramp Putinlə görüşün uğurlu olma ehtimalını qiymətləndirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada keçiriləcək görüşün uğurlu olma ehtimalını 75% səviyyəsində qiymətləndirib. BAKU.WS Oxu.Az-...

51 Dünya 23:25 14 avqust 2025

Son xəbərlər