SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə, Mardin vilayətinin Dargeçit rayonunun Alayurt kənd ərazisində həyata keçirilən "Kahramanlar-32" əməliyyatında biri qırmızı kateqoriyadan olan “Rodi Hayri” kod adlı Orhan Elma olmaqla 2 terrorçu zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bildirib:

Məlumata görə, ölkənin Jandarma Baş Komandanlığı Kəşfiyyat Müdirliyinin koordinasiyası ilə Mardin İl Jandarma Komandanlığı Mardin vilayətinin Dargeçit rayonunun Alayurt məhəlləsinin çöl ərazisinə içərisində 2 terrorçunun olduğu güman edilən bir avtomobili izləməyə başlayıb.

Sözügedən şübhəli avtomobilin Dargeçit-Midyat avtomobil yolundakı yanacaqdoldurma məntəqəsində saxlandığı müəyyən edilib və Mardin İl Jandarma Komandanlığı tərəfindən zirehli maşın ilə "Kahramanlar-32" əməliyyatına başlanılıb.

Zirehli maşınlar terrorçu olduğu zənn edilən avtomobilə yaxınlaşarkən maşının içərisindən zirehli texnikaya atəş açılıb və qarşıdurmadan sonra qaça bilməyəcəklərini anlayan 2 terrorçu özünü partladıb.

Zərərsizləşdirilən terrorçulardan birinin Daxili İşlər Nazirliyinin terrorizmə görə axtarışda olanlar siyahısında Qırmızı kateqoriyada yer alan “Rodi Hayri” kod adlı Orhan Elma olduğu müəyyən edilib və digər terrorçunun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

BAKU.WS
VİDEO

QALEREYA