SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Əhvaz şəhərinin Sepidar zindanında Hani Şahbazi adlı etnik ərəb məhbus “müharibə” (dini hakimiyyətə qarşı çıxmaq) ittihamı ilə dar ağacından asılıb.

Bu barədə "Azad İran" teleqram kanalı xəbər verib.

Məlumata görə, o, polis əməkdaşını qətlə yetirməkdə ittiham olunub. Amma əhvazlı fəallar onun ittihamının sübuta yetirilmədiyini və İran təhlükəsizlik orqanlarının iddialarına əsaslandığını bildiriblər.

Qeyd edək ki, 32 yaşlı etnik ərəbin Xuzistan əyalətinin Fəlahiyyə (Şadqan) şəhər sakini olduğu qeyd edilib.

BAKU.WS