SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiyada Matsusaka irqindən olan iribuynuzlu heyvan (Wagyu) hərracda 30 milyon yenaya (344910,77 manata) satılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, birinci dərəcəli mərmər mal əti ilə tanınan bölgələrdən biri olan Mie əyalətində yerli cinslər üçün hərrac keçirilib.

Hərracda Mie əyalətinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan olan 9 münsif heyətinin, tükü və ümumi fiziki tarazlığına görə qiymətləndirdiyi 50 iribuynuzlu mal-qara təqdim edilib.

“Hiroko No.1” adlı 676 kiloqramlıq Matsusaka cinsli iribuynuzlu heyvan 30 milyon yenaya (202 min dollar) satılıb.

Bu, son 8 ilin ən yüksək alıcı qiyməti kimi qeydə alınıb. Heyvanın yeni sahibi Mienin Tsu rayonundan olan "Asahiya" qəssab dükanı olub.

BAKU.WS
QALEREYA