SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Türkiyədə fırtınaya düşərək batan yük gəmisində olan 12 nəfərdən birinin cansız tapılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, itkin düşən 11 nəfərin axtarışları davam edir.

Hazırda şiddətli yağış və fırtınanın həyatı iflic etdiyi Zonquldakda təhsil 1 gün müddətinə dayandırılıb. Şəhərdə arxlar daşıb, evləri və iş yerlərini su basıb.

Zonquldakda Türkiyə bayraqlı gəmi ilə Ereğli limanından ayrıldıqdan sonra əlaqə kəsilib. Gəminin axtarış-xilasetmə işlərinə hava şəraitinə görə səhər saatlarında başlaya bildi.

Ereğli rayonundakı limanda lövbər salan Kamerun bayraqlı “Pallada” adlı quru yük gəmisi dünən fırtına nəticəsində ikiyə bölünüb. Gəmidə olan 13 heyət üzvü uzun sürən işlərdən sonra qruplar tərəfindən təxliyə edilib.

BAKU.WS
VİDEO