SİZİN REKLAM BURADA!
055 213 76 73


Çukotkada (Rusiya) itmiş "An-2" təyyarəsi tapılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Çukotka Muxtar Dairəsinin qubernatoru Vladislav Kuznetsov məlumat verib.

İlkin məlumata görə, hər üç nəfər - pilotlar və sərnişin sağdır, lakin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Tapılan zaman təyyarədə iki nəfər (ikinci pilot və sərnişin) olub.

Gəminin kapitanı əlaqə yaratmaq üçün yer axtarışında piyada yola düşüb.

Kuznetsov əlavə edib ki, zərərçəkmişlər Şaxtyorski artelinə aparılırlar.

***11:22

Rusiyanın Çukotka diyarında "An-2" təyyarəsi radarlardan itib.

BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Qeyd olunub ki, Pevek-Polyarnı-Pevek marşrutu üzrə hərəkət edən təyyarə eniş vaxtı əlaqəyə çıxmayıb.

Təyyarədə iki ekipaj üzvü və bir sərnişin olub.

Təyyarənin son koordinatları hazırda məlumdur. Lakin hələ ki, təyyarəni aşkarlamaq və ya onunla əlaqə qurmaq mümkün olmayıb.

BAKU.WS