SİZİN REKLAM BURADA!
055 213 76 73


İndoneziyada "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib.

BAKU.WS xəbər verir ki, təyyarə paytaxt Cakartadan Borneo adasında yerləşən Pontianak şəhərinə uçuş həyata keçirirdi.

Təyyarə havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.

Qeyd olunur ki, "Boeing 737-524" təyyarəsi sonuncu dəfə Yava dənizi üzərində, Yava adasının şimal sahilləri yaxınlığında radarlarda görünüb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

BAKU.WS