
Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.
RİA Novostinin verdiyi xəbərə görə, Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb.
Təyyarənin göyərtəsində 100-dək sərnişinin olduğu ehtimal edilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.
BAKU.WS