SİZİN REKLAM BURADA!
055 213 76 73


Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərini ilkin olaraq müəyyən etmək mümkün olub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın olan “Tsarqrad” informasiya resursu məlumat yayıb.

Qəza ilə bağlı ehtimallardan biri kimi göyərtədə partlayış törədilməsi göstərilir.

Lakin hələlik bu məlumatlar Rusiya hökuməti tərəfindən rəsmi təsdiqlənməyib.

***23:28

Tver vilayətində göyərtəsində “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarənin qəzaya uğradığı yerdə tapılan səkkiz nəfərin cəsədi tanınmaz hala düşəcək qədər yanıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları hadisə yerində olan araşdırma komissiyasının üzvlərinə istinadən məlumat yayıblar.

“Həlak olan şəxslərin şəxsiyyətini müəyyən etmək üçün çox güman ki, DNT müayinəsi aparmaq lazım gələcək”, - məlumatda qeyd olunur.

***22:24

Rusiyanın Tver vilayətində göyərtəsində “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarəsinin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

***22:00

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Bu axşam Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var”, - Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında qeyd olunub.

***21:45

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

"Report" xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

"Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var"-deyə, məlumatda vurğulanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfər ölüb.

Qeyd olunub ki, “Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq dörd nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.

BAKU.WS
VİDEO