SİZİN REKLAM BURADA!
055 213 76 73


Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra həbs olunanların sayı açıqlanıb.

BAKU.WS-in Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

"Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı həbs olunanların sayı 17-yə çatıb", - məhkəmənin açıqlamasında deyilir.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında iğtişaşçılar Mahaçqala hava limanına soxulub. Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

BAKU.WS