SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Martin Mall vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qızı Meqqi Mall sosial şəbəkə hesabında yazıb.

O uzun sürən xəstəlikdən sonra atasını itirdiyini bildirib. 

"Atam bütün yaradıcılıq sahələrində mükəmməllik adına layiq görülürdü. Əyləncəli və şən olmaqdan heç vaxt əl çəkməzdi. Bugün atam həyat yoldaşı, qızı, dostları, iş yoldaşları, həmkarları, komediyaçıları və musiqiçiləri tərəfindən yad ediləcək" -deyə Meqqi qeyd edib.

Xatırladaq ki, Martin Mall "Fernwood Tonight", "Sabrina the Teenage Witch, "Arrested Development" və "Roseanne" kimi seriallarda yaddaqalan obrazlar yaradıb. 

BAKU.WS
QALEREYA