SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynalı aktyor Paşa Li Rusiyanın Ukraynaya hərbi hücumunun qurbanı olub.

BAKU.WS xəbər verir ki, sənətçi ötən gün Rusiyanın Ukraynanın İrpin şəhərini atəşə tutması nəticəsində dünyasını dəyişib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

33 yaşlı Paşa martın 1-dən ölkəsinin müdafiəsi üçün könüllülər sırasına qoşulub. O, bununla bağlı sosial şəbəkə hesabında məlumat paylaşmışdı.

Xatırladaq ki, Li "Unudulmuş əcdadların kölgələri", "Sinif yoldaşlarının görüşü" kimi ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. 

BAKU.WS