SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya millisi 2024-cü il Avropa Çempionatında bir matçda qapıya ən çox zərbə vurmaq rekordu müəyyənləşdirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Squawka" portalı məlumat yayıb.

Məlumata görə, ispanlar Gürcüstan millisi ilə görüşdə qapıya 35 zərbə endirib ki, bunun da 13-ü hədəfə olub. Bu nəticə 1980-ci ildən toplanan oxşar statistikanın hesablanmasından sonra İspaniya komandasının tarixində ən yaxşı nəticədir.

Qeyd edək ki, görüş 4:1 hesabı ilə başa çatıb. 18-ci dəqiqədə ispaniyalı Robin Le Normant topu öz qapısından keçirib. Rodri matçda tarazlığı 39-cu dəqiqədə bərpa edib. İkinci hissədə İspaniya yığmasının heyətində Fabian Ruiz, Niko Uilyams və Dani Olmo fərqlənib.

BAKU.WS