SİZİN REKLAM BURADA!
055 213 76 73


İğtişaşlardan sonra Mahaçqala hava limanına dəyən ziyanın miqdarı bir neçə milyon rubl dəyərində qiymətləndirilir. 

BAKU.WS-in TASS-a istinadən verdiyi məlumata görə, bunu hava limanının direktoru Səid Ramazanov bildirib.

Onun sözlərinə görə, dünənki iğtişaşlar zamanı avadanlıq və infrastruktur zədələnib, kameralar və hasarlar sındırılıb.

Ramazanov əlavə edib ki, hava limanı işçilərinin özləri fiziki zərərdən daha çox mənəvi zərər çəkiblər.

BAKU.WS