SİZİN REKLAM BURADA!
055 213 76 73


Misirlə Qəzza zolağının sərhədində yerləşən “Rəfah” sərhəd-buraxılış məntəqəsi anklavdan olan yaralı və ağır xəstələrin qəbulu üçün noyabrın 1-də açılacaq.

“Report” xəbər verir ki, bu barədə “Al Qahera Al Ekhbariya” telekanalı məlumat yayıb.

Bildirilib ki, “Rəfah” quru keçidi “müəyyən sayda yaralı və ağır xəstə fələstinlini qəbul etmək üçün” noyabrın 1-də açılacaq.

Bu, Fələstin anklavı ətrafında gərginlik artmağa başlayandan bəri Misir ərazisinə qəbul edilən ilk qəzzalı qrup olacaq. İndiyədək bir neçə gün əvvəl HƏMAS tərəfindən azad edilmiş yalnız iki israilli girov Qəzzadan “Rəfah” keçidindən Misirə aparılıb.

BAKU.WS