SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin atəşkəs çağırışlarını rədd etdiyini açıqladıqdan sonra qarşıdurmaların "Qəzza metrosu" kimi tanınan yeraltı tunellərə keçdiyi açıqlanıb.

BAKU.WS bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

İsrail ordusundan verilən açıqlamaya görə, qarşıdurma Qəzzanın altındakı tunellərə keçib.

İsrail qüvvələrinin Qəzzanın altındakı geniş tunel şəbəkələrində HƏMAS üzvləri ilə qarşıdurmaya girdiyi açıqlanıb.

Həmçinin İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında 300-ə yaxın hədəfin vurulduğunu açıqlayıb.

HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadaları da çərşənbə axşamı səhər saatlarında İsrail qüvvələri ilə qarşıdurma baş verdiyini bildirib.

BAKU.WS