SİZİN REKLAM BURADA!
055 213 76 73


HƏMAS-ın yaraqlıları tərəfindən həyata keçirilən İsrail hücumunun necə bu qədər koordinasiyalı və əhatəli ola biləcəyi beynəlxalq mətbuatın müzakirə mövzularındandır.

BAKU.WS bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı əməliyyata başlayıb. Hücumlardan sonra İsrail də Qəzzanı güclü bombardman edib.

Bəs HƏMAS İsrailə qarşı bu qədər koordinasiyalı və hərtərəfli hücumu necə reallaşdırdı?

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) tədqiqatçısı və "Körfəzdə Yeni Hərbi Strategiyalar" kitabının müəllifi Jan-Lup Saman açıqlamasında bildirib ki, HƏMAS-ın 2008-ci ildən bu yana etdiyi hücumlarda istifadə etdiyi raketlərin mənzillərinin getdikcə uzandığını vurğulayıb.

Jan-Lup Samanın sözlərinə görə, İsrail HƏMAS-ın "belə mürəkkəb" hücumu həyata keçirə biləcəyini bilmirdi. Misirin hücumla bağlı İsraili əvvəlcədən məlumatlandırdığına dair məlumatlar var idi, lakin İsrail mediasının məlumatına görə, Benyamin Netanyahu Misirdən belə bir xəbərdarlıq almadıqlarını bildirib.

Saman "2008-ci ildə Qəzzada hər biri eyni şəkildə bitən dörd münaqişə olub və Netanyahu İsrail ordusunun Qəzzada status-kvonu saxlaya biləcəyi qənaətində idi", - deyərək İsrail hökumətinin səhv edə biləcəyini diqqətə çatdırıb.

Ekspertin sözlərinə görə, İsraili son illərdə Qəzzanın müdafiəsini azaldıb və diqqətini xüsusilə Cenin düşərgəsinə yönəldib.

"Qəzzada zorakılığın artmasının qarşısını almaq üçün çox gecdir" deyən Saman Livanla bağlı hadisələrin nəzarətdən çıxıb-çıxmayacağının hələ də bəlli olmadığını bildirib.

Saman bəyan edib ki, İsrail və ABŞ hələ də HƏMAS hücumunun arxasında İranın dayandığına dair konkret sübut təqdim edə bilməyiblər.

BAKU.WS