SİZİN REKLAM BURADA!
055 213 76 73


Keniyanın şimal-şərqində Somali ilə sərhəd yaxınlığında baş verən mina partlayışı nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü isə ağır yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Dadaab şəhərində polis maşını patrul xidməti zamanı minaya düşüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Partlayışın arxasında “Aş-Şabab” terror qruplaşmasının yaraqlılarının ola biləcəyi güman edilir.

Qeyd edək ki, “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər yaraqlısı var.

BAKU.WS