SİZİN REKLAM BURADA!
055 213 76 73


Somalinin mərkəzində nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb.

“Report”un AFP-yə istinadən verdiyi məlumata görə, bu barədə Somali polisi Əhməd Yare Adan bildirib.

“Binaların dağıntıları altında yeni meyitlər aşkar edildikdən sonra partlayış nəticəsində ölənlərin sayı 13-dən 21-ə yüksəlib”, - polis əməkdaşı açıqlayıb.

Bundan əlavə, azı 45 nəfər yaralanıb. İtkin düşənlərin axtarışı davam edir.

Qeyd edək ki, sentyabrın 23-də Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Kamikadze partlayıcılarla dolu yük maşını idarə edib. Hadisə nəticəsində onlarla insan kərpic və beton qalaqları altında qalıb.

BAKU.WS