Dünyanın ən çox siçanlar yaşayan şəhəri - Onlar hər yerdədir - FOTO

Dünyanın ən çox siçanlar yaşayan şəhəri - Onlar hər yerdədir - FOTO
Siyasət 1

ABŞ-ın New York şəhərində insanlar siçanların əhatəsində yaşayırlar.

BAKU.WS xəbər verir ki, siçan hücumlarına məruz qalan şəhər əhalisi çarəsizdir. Şəhərdə sanki insanlar və siçanlar yerlərini dəyişiblər.

Əsasən 2020-ci ildə COVID-19-la mübarizə çərçivəsində restoranların və kafelərin bağlanmasından sonra gəmiricilər özlərinə yeni məskənlər axtarmağa başlayıblar. Çox ağıllı heyvanlar olduqlarına görə, yeni yerləri bir-birinə xəbər verməyə başladılar.

2022-ci ildə rəsmi qurumlara edilən şikayərlətə əsasən şəhərdə siçanları sayı 3 qat artıb. Hətta bələdiyyə başçısı Eric Adamsın evini də siçanlar basıb. QOnşuları bundan şikayətçi olduğuna görə, Adams dəfələrlə evini dizenfeksiya etdirib. Lakin bunun heç bir faydası olmayıb.

Siçanlar avtomobilərik kauçuk hissələrini gəmirir, təkərləri deşirlər. ELektrik və bir çox komunal xətləri gəmirik məhv edirlər. İnsanlar qızıl və zinət əşyalarını saxlaya bilmirlər. Siçanlar onları məhv edir.

İnsanlar özlərini siçanlara görə gücsüz hiss edirlər. Nyu-York bələdiyyəsi bu cür canlılarla mübarizə üçün 600 min dollar vəsait ayırıb. Əgər bel ədavam edərsə, bir gün Nyu-Yorkun həqiqi sahibinin siçanlar olduğunu görəcəyik.

Son xəbərlər