SİZİN REKLAM BURADA!
055 213 76 73


Ankarada silahlı terror təşkilatı İŞİD-ə bağlı olduğu düşünülən 39 şübhəliyə qarşı eyni vaxtda keçirilən əməliyyatda 33 şübhəli saxlanılıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, Təhlükəsizlik Baş İdarəsi Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında Ankara Polis İdarəsi TEM Şöbə Müdirliyi dini istismar edən terror təşkilatlarına qarşı əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatına qarşı 39 ünvanda eyni vaxtda əməliyyat keçirib.

Həmin terror təşkilatına bağlı olduğu düşünülən 39 xarici ölkə vətəndaşının tutulması istiqamətində həyata keçirilən əməliyyat nəticəsində 31-i İraq, 2-si Suriya vətəndaşı olmaqla 33 nəfər saxlanılıb.

Tutulan şəxslər Ankara Akyurt Repatriasiya Mərkəzinə təhvil veriləcək.

6 şübhəlinin tutulması istiqamətində işlər davam edir.

BAKU.WS