SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhlükəsizlik məqsədilə Yaxın Şərqə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket esminesi “USS Carney” Süveyş kanalından keçib.

BAKU.WS xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Amerika Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.

"Arleigh Burke sinifli idarə olunan raket esminesi USS Carney oktyabrın 18-də Süveyş kanalından keçib. Carney region sularında dəniz təhlükəsizliyi və sabitliyi təmin etmək üçün Yaxın Şərqə yerləşdirilib", - deyə mətndə qeyd olunub.

BAKU.WS