VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin NATO-nun Şərqə doğru irəliləməsinə cavab vermək üçün müxtəlif variantların nəzərdən keçirildiyini bildirib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Putin “Rossiya 1” telekanalında efirə gedən “Moskva. Kreml. Putin” proqramında jurnalist Pavel Zarubinə müsahibəsində bəyan edib.

“Bu, hərbi ekspertlərimizin mənə verəcəyi təkliflərdən asılıdır”, - deyə o, bildirib.

Dövlət başçısı Moskvanın ABŞ və Şimali Atlantika Alyansı üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini xatırladıb.

Qeyd edək ki, bundan öncə Putin alyansın Şərqə doğru genişlənməsi və Ukraynaya hücum silahlarının yerləşdirilməsini Moskva üçün qırmızı xətt adlandırıb.

BAKU.WS