Britaniya öz qırıcılarını Polşaya yerləşdirdi

Böyük Britaniya oktyabrın 15-nə təyin edilmiş parlament seçkiləri öncəsi ölkənin təhlükəsizliyini təmin etmək üçün Polşaya "Eurofighter Typhoons" qırıcılarını göndərib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps hakim Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "polşalı dostların xahişinə cavab olaraq, döyüş təyyarələri Polşaya enib".
Nazir göndərilən təyyarələrin sayını dəqiqləşdirməyib. Şappsın fikrincə, bu addım "Rusiyanın yüksək müdaxilə təhlükəsi" fonunda NATO müttəfiqinə dəstək üçün "güclü siqnal olacaq".
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...
