Malidə üsyançılar ordunun bazasını ələ keçirdilər

Malidə tuareq üsyançı qüvvələri ölkənin şərqindəki hərbi bazasını ələ keçirib.
Bu barədə "Reuters" üsyançıların nümayəndəsi Məhəmməd Elmauloud Ramadana istinadən məlumat yayıb.
Hərbi baza Qao şəhəri yaxınlığındakı Bamba rayonunda yerləşir.
Mali Müdafiə Nazirliyi Bamba rayonunda üsyançılarla gərgin döyüşlərin getdiyini bildirib.
Xatırladaq ki, "Tuareq" qiyamçı qruplaşması 2012-ci ildən ölkənin şimalında nəzarəti öz əlində saxlayır. 2015-ci ildə hökumətlə qiyamçılar arasında sülh müqaviləsi imzalanıb, lakin həmin vaxtdan silahlılar Burkina-Faso və Niger sərhədində daha da fəallaşıblar.//Report.az
Oxşar xəbərlər
Niger prezidenti üsyançıların təzyiqi altında istefa verməkdən imtina edib
Niger Prezidenti Məhəmməd Bazum üsyançıların təzyiqi altında istefa sənədini imzalamaqdan imtina edir. “Report” xəbər verir ki, bu barədə “AlHadath” telekanalı...
