İranda daha bir məhbus edam edildi

İranda daha bir məhbus edam edildi
Siyasət 0

İranda daha bir məhbus edam edilib.

Bu barədə "Azad İran" teleqram kanalı İranda İnsan Haqları Təşkilatına istinadən xəbər verib.

Bildirilir ki, Məşhəd şəhərində Vəkilabad həbsxanasında saxlanılan məhbus dar ağacından asılıb.

Məlumata görə, o, narkotik cinayətlərində ittiham edilib.

ABŞ Dövlət Departamentinin sentyabrın əvvəlində yayımladığı hesabatına görə, İranda 2023-cü ildə 491 nəfərin (orta hesabla ayda 60 nəfərdən çox) dar ağacından asılması qeydə alınıb.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İranda ölüm hökmlərinin və icrasının artan tendensiyasına görə bu cür edamları pisləyən bəyanat yayıb, lakin İran hökuməti buna məhəl qoymur.

Son xəbərlər