SİZİN REKLAM BURADA!
055 213 76 73


İrəvanda yenidən hökumət əleyhinə etiraz aksiyası keçirilir.
 
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları paytaxtda bir neçə küçəni bağlayıb. 
 
Aksiya keçirilən ərazilərə çox sayda polis cəlb olunub. Hökumət binasının qarşısında isə canlı sədd qurulub.
 
Polis Sarıyan küçəsində etirazçılarla yolu bağlayan müxalif “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı saxlayıb. Onunla birlikdə daha bir neçə etirazçı polis bölməsinə aparılıb. 
 
Xatırladaq ki, artıq 3 gündür ki İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
BAKU.WS