20 yaşlı gözəllik kraliçası ölümcül motosiklet qəzasına düşdü

Qvatemalada La Blanka şəhərinin gözəllik kraliçası ölkənin ən təhlükəli magistrallarından birində ölümlə nəticələnən qəzaya düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Need To Know (NTK) məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı Alondra Marianela Hernandez Peres çərşənbə axşamı, avqustun 26-da işə gedərkən motosikletin idarəetməsini itirib. Qız xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər. Qəza San-Markos və Kvetsaltenanqo şəhərləri arasındakı magistral yolda baş verib. Yolun bu hissəsi çoxlu sayda qəza ilə tanınır və ölkədə ən təhlükəli hissələrdən biri hesab olunur.
Xatırladaq ki, Peres 2024-cü ildə La Blankanın gözəllik kraliçası olub. Yerli medianın məlumatına görə, qız modellik biznesində perspektivli karyerasının başlanğıcında idi.
Oxşar xəbərlər
Meyvəni çox yeyən ayının halı pisləşdi, xəstəxanalıq oldu
Türkiyənin İstanbul şəhərində üç yaşlı "Okan" adlı ayı meyvə yedikdən sonra xəstəxanalıq olub. BAKU.WS xəbər verir ki, o, İstanbul Universiteti Cerrahpaşa Bayta...
