Elvis Preslinin ölən qızının evi 4,6 milyon dollara satılır - FOTO

Elvis Preslinin ölən qızının evi 4,6 milyon dollara satılır - FOTO
Foto
Siyasət 86

Əfsanəvi müğənni Elvis Presli ilə həyat yoldaşı Prisilla Preslinin yeganə qızı Liza Mari Preslinin evi satışa çıxarılıb.

BAKU.WS xəbər verir ki, onun geniş malikanəsi 4,6 milyon dollara (7 milton 820 min AZN) satılır.

Liza keçmiş həyat yoldaşı Danny Keough ilə bu evi 2020-ci ildə kirayələyib daha sonra satın alıb.

Malikanənin kino zalı, şərab anbarı və qapalı idman salonu var. 7.440 kvadratmetr olan ev 6 yataq, 7 vanna otağından ibarətdir.

Xatırladaq ki, Liza Kaliforniya ştatının Calabasas şəhərindəki evinin yataq otağında qulluqçusu tərəfindən huşsuz vəziyyətdə tapılıb. Aktyor və musiqiçinin keçmiş həyat yoldaşı Denni Keough xəstəxanaya gələnə qədər Presliyə ürək masajı edib. Ürək dayanması şübhəsi ilə xəstəxanaya aparılan Presli müdaxilələrə baxmayaraq saatlar sonra dünyasını dəyişib.

Qeyd edək ki, Atası Elvis Presli vəfat edəndə Liza Mari 9 yaşında idi.

Son xəbərlər